Şamaxı rayon Məhkəməsinin qərarı ilə Samirə Babayevanın barəsində həbs qətimkan tədbiri seçilib.

 Azərbaycanda ailəli kişini şantaj etməkdə, onu özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Samirə Babayevanın barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı rayon Məhkəməsinin bu qərarından Samirə Babayeva narazı qalıb. O, həmin məhkəməyə barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması barədə ərizə verib.
Hakim ərizəni təmin etməyib.
Bu qərardan narazı qalan Samirə Babayeva apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Samirə Babayevanın şikayəti təmin olunmayıb.
Samirə Babayeva (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) 2017-ci ilin yay aylarında Sadiq Ağayevlə tanış olub və onların arasında yaxın münasibət yaranıb. Birgə olduqları 4 ay müddətində Samirə Babayeva Sadiq Ağayevin “Facebook” və “WhatsApp”ının parollarını ələ keçirib.
O, həmin sosial şəbəkə profillərinin kodlarını yenisi ilə əvəz edib. Sonra Sadiq Ağayevin özünə və ailə üzvlərinə məxsus məlumatları, fotoşəkilləri əldə edib, habelə qeyri-təbii yolla cinsi əlaqədə olduqları anın videogörüntülərinin əlində olması ilə Sadiq Ağayevi hədələyib.
Samirə Babayeva 2017-ci ilin dekabrın son günlərindən 2018-ci ilin martın 27-dək olan müddət ərzində Sadiq Ağayevlə amansız rəftar edib. Birlikdə çəkilmiş fotoşəkillərini həmin “Facebook” səhifəsinin profilində paylaşıb.
Sadiq Ağayevin ailə münasibətlərinin pozulmasına səbəb ola biləcək məzmunda onun arvadı Ləman Ağayevaya “WhatsApp” sosial şəbəkəsi vasitəsilə mesajlar yazıb.
Samirə Babayeva Sadiq Ağayevin arvadına və övladlarına məxsus fotoşəkilləri dostlarına göstərib, mütəmadi olaraq onun ləyaqətini alçaldıb.
Həmçinin, mənəviyyatdan və insanlıqdan kənar hərəkətlər edib, ailəsini, övladlarını və valideynlərini ataraq onunla birlikdə yaşamasını tələb edib. O, əks təqdirdə əldə etdiyi digər fotoşəkilləri və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını əks etdirən video-görüntüləri sosial şəbəkələr vasitəsilə yayıb, onu rüsvay edəcəyi ilə hədələyib.
Belə hərəkətləri ilə Samirə Babayeva Sadiq Ağayevə hədə-qorxu gəlib, arvadına “Sadiq ya mənim olacaq, ya da qara torpağın” məzmunlu mesajlar yazıb.
Belə ki, eyni hədələrlə Sadiq Ağayevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 15000 manat məbləğində pul alsa da, yenə də hədə-qorxu gəlib.
Nəticədə Sadiq Ağayev 27 mart 2018-ci il tarixdə, gecə saat 02 radələrində müvəqqəti olaraq yaşadığı əmisi Faiq Ağayevə məxsus Şamaxı şəhərində olan evin eyvan hissəsində özünü asaraq öldürüb.
Bundan əlavə, Samirə Babayeva 2018-ci ilin təxminən fevral-mart aylarında Bakı şəhəri ərazisində Sadiq Ağayevə məxsus ”TOYOTA L AND CRUİSER” markalı avtomobilin salonunda sağ tərəfdə yerləşən saxlanc yerindən (bardaçok) onun 550 manat dəyərində 2015-ci il model, “Samsung A5” markalı mobil telefonunu 15 manat dəyərində sim kartla birlikdə oğurlayıb.
Bu oğurluq yolu ilə o, Sadiq Ağayevə məxsus telefonun yaddaşından fotoşəkilləri, video-görüntüləri və digər məlumatları əldə edib.
Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən dəyənək tipli predmeti qanunsuz olaraq əldə edib, üzərində gəzdirib. Nəsimi rayonu, Tbilisi prospekti 1058, ev 34, mənzil 40 ünvanında aparılan axtarış zamanı evin yataq otağında olan dolabın daxilindən qeyd olunan dəyənək aşkar olunmaqla götürülüb.
Bundan əlavə, Samirə Babayeva 2014-cü ilin avqust ayından etibarən Bakı şəhəri ərazisində Aydan Məmmədovanın müxtəlif iaşə obyektlərində şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı kişilərlə ödəniləcək pulun məbləği barədə razılaşmaqla cinsi əlaqəyə girməsinə şərait yaradıb.
Samirə Babayeva həmin hərəkətlərə Aydan Məmmədovanı təhrik etməklə gəlir əldə edib, sonuncunu fahişəliyə cəlb edib.
İstintaq orqanı tərəfindən Samirə Babayevanın barəsində 125-ci (özünü öldürmə həddinə çatdırma), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.
Şamaxı rayon Məhkəməsinin qərarı ilə Samirə Babayevanın barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Şamaxı rayon Prokurorluğunda istintaq davam edir.Teleqraf.comшаблоны для dle 11.2


Facebook-da paylaş