Nazirlik Oğuzdakı şok olayla bağlı hərəkətə keçdi

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Oğuz rayonunun Xaçmaz kəndində canavarın insanlara hücum etməsi faktı ilə bağlı həvəskar ovçulardan ibarət İşçi Qrup yaradıb.
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, hazırda sözügedən ərazidə İşçi Qrup tərəfindən vəhşi heyvanın tapılaraq zərərsizləşdirilməsi məqsədilə tədbirlər görülür.
Qeyd edək ki, bu gün günorta saatlarında canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti orta-ağırdır. Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}