Azərbaycanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.
"QAZel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}