Bakıda İNANILMAZ HADİSƏ - Sürücü bu avtomobildən sağ çıxdı - FOTO

 Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Xətai rayonu Zığ şosesində qeydə alınıb. Şəhər istiqamətindən üzü Hövsan qəsəbəsi ilə hərəkətdə olan "Renault Megane" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.
Nəticədə dəmir avtomobilin ön şüşəsindən salona girərək, arxa şüşədən çıxıb. Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə sürücü tək olub, o da ciddi xəsarətlər almayıb.
Qəzanın səbəbləri araşdırılır.


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}