Dəhşətli partlayışdan sonra ana-ata öldü, uşaqlar körpələr evinə verildi...

 Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.
Şəffaflıq.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı  34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.
Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş