Yanan təyyarədə ölənlərin sayı 13-ə çatdı: Dəhşətli qəza səbəbi -FOTO + VİDEO

 TASS agentliyinin məlumatına görə yanğına görə Moskvanın “Şeremetovo” hava limanına təcili eniş edən Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsindən 13 nəfərin meyiti çıxarılıb.
Ekipaj üzvləri qəzaya ildırım vurmasının səbəb olduğunu təsdiq ediblər.  İldırım vurduqdan sonra təyyarənin bütün avtomatik qurğuları sıradan çıxıb. Hava limanına eniş etmək istəyən təyyarə iki dəfə uçuş zolağına çırpılıb.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
Faktla bağlı istintaq başlayıb.
“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) markalı təyyarənin 10 sərnişini təxliyyə zamanı həlak olub. Bu baradə“Moskva şəhər xəbərləri” agentliyi məlumat yayıb.
TASS isə bir nəfərin ölməsi barədə məlumat verir.

20:41
“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsi ildırım vurması səbəbi ilə yanıb. Yanğın təyyarənin mühərriklərindən birində başlayıb. TASS agentliyi belə yazır.  
“İnterfaks” agentliyinin məlumatına görə, yanan təyyarə artıq söndürülüb. Yanğının səbəbinin elektrik naqilləri olması ehimalı da var.
Təyyarənin göyərtəsində 72 sərnişin, 6 ekipaj üzvü olub. Hələlik 5 nəfərin xəsarət aldığı bildirilir.
20:32
“Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanır. TASS agentliyinin məlumatına görə, yaralılar var. Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. RİA Novosti məlumat verir ki, 5 nəfər yaralanıb, 78 sərnişin yanan təyyarədən təxliyyə edilib.
Təyyarənin ekipajı havada yanan təyyarəni yerə salamat endirməyi bacarıb.
20:32
Moskvanın “Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.
Bu barədə “Telegram kanal 112” xəbər verir.
Kanalın məlumatına görə, təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.

шаблоны для dle 11.2


Facebook-da paylaş