AZTV-nin məşhur xanım aparıcısı vəfat etdi

 Uzun illər AZTV-də aparıcı və diktor kimi çalışmış Natavan Hacıyeva vəfat edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Natavan Hacıyevanın yaxınları məlumat verib.
N.Hacıyeva xeyli vaxt idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Həm də aktrisa olan və Azərbaycanın Əməkdar artisti fəxri adını almış Natavan Hacıyeva ölkəmizin ilk peşəkar qadın diktoru hesab edilirdi.
Allah rəhmət eləsin.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}