Qubada su kanalından meyit tapıldı

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.
Şəffaflıq.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}