Əsas Səhifə > Gündəm > İkiqat Avropa çempionu olan polis rəisi işdən çıxarıldı - NÖQSANLARA GÖRƏ

İkiqat Avropa çempionu olan polis rəisi işdən çıxarıldı - NÖQSANLARA GÖRƏ


27-02-2019, 21:38

 Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb.
Şəffaflıq.az ONA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Baş İdarənin rəis müavini, polis polkovniki Fuad Məmmədli də tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
ONA-nın əldə etdiyi məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə əməkdaş cəzalandırılıb.
qeyd edək ki, Qalib Hümbətov sambo üzrə ikiqat Avropa çempionudur.
İşdən çıxarılan rəis müavini Fuad Məmmədli isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Geri qayıt