Əsas Səhifə > Gündəm / Region > Mirsamir Məmmədov: " 1993-cü ilin 15 iyun tarixi xalqımızın və Dövlətçiliyimizin təhlükədən xilası və nicatı günüdür"

Mirsamir Məmmədov: " 1993-cü ilin 15 iyun tarixi xalqımızın və Dövlətçiliyimizin təhlükədən xilası və nicatı günüdür"


16-06-2020, 10:09

 Xalqımızın xilaskarı‚ müstqəil Dövlətimizin qurucusu‚ Ümummilli Lider‚ Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi ilə xalqımızın taleyində və müstəqil Dövlətçilik tariximizdə yeni bir şanlı dövr başladı. 1993-cü ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsilə xalqımız ağır məşəqqətlərdən xilas oldu. 1993-cü ilin 15 iyun tarixi xalqımızın və Dövlətçiliyimizin təhlükədən xilası və nicatı günüdür. Bu gün dövlət və xalq olaraq var olmağımız Heydər Əliyevin xalqımıza ərmağanıdır..Bunu‚ 15-iyun Qurtuluş Günüylə bağlı açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚ Bütün ömrü boyu Azərbaycan və Azərbaycançılıq uğruna çalışan Dahi Şəxsiyyət Heydər Əliyev hələ Moskvada Partiyada olduğu zamanlardan Azərbaycanın maraqlarını qorumuş‚ müdafiə etmiş‚ xalqımızın milli ruhunun‚ milli şüurumuzun və milli kimliyimizin formalaşması üçün gecə-gündüz çalışmış və bu sahədə məqsədyönlü işlər aparmışdır.   Məhz Ulu Öndərin qətiyyətli davranışları Milli Oyanışımızın əsasını qoydu. Azərbaycanın haqq səsisini qaldıran Heydər Əliyev 1990-cı ildə vətənə qayıtdı. Doğulub böyüdüyü Naxçıvana gedən Heydər Əliyev‚ buradan ölkəmizin İstiqlaliyyəti uğrunda mübarizəyə başladı. O zamankı meydan firqurları olan bir çox şəxslər onun mükəmməl dövlətçilik təcrübəsinə yaxşı bələd olduğu üçün‚ hər vasitə ilə Heydər Əliyevin xalqımızın Milli Azadlığı və müstəqil Dövlətçiliyi uğrunda apardığı mübarizəyə və fəaliyyətlərinə var qüvvələrilə mane olmağa çalışırdılar. Lakin heçnədən çəkinməyən dahi şəxsiyyət Heydər Əliyev Naxçıvandan xalqımızın Milli Azadlığının və müstəqilliyinin əldə olunması istiqamətində işlər aparırdı. O‚ xalqı maarifləndirmək yolunu tutmuş və bu yolda bütün potensialını sərf edirdi. Nəhayət 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Ali Məclisində o zaman Ali Məclisin sədri olan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin və İstiqlaliyyətimizin ilk rəmzi olan müstəqil üçrəngli bayrağımız qəbul edilərək Naxçıvan səmalarına qaldıdırıldı. Bununla da ölkəmizin ilk müstəqilliyinin təməlləri Naxçıvanda məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrağın təkrar 1990-cı ildə qəbul edilərək Azərbaycan səmalarıma qaldırılması faktiki olaraq müstəqilliyimizin təməli idi. Məhz bu günkü müstəqillik təməlləri ilk dəfə xalqımızın böyük oğlu‚ dahi şəxsiyyət‚ Ulu Öndər Heydər Əliyev tərəfindən atıldı. Elə bundan sonra müstəqillik və azadlıq şüarları bütün Azərbaycanı bürüdü. Bununla da İstiqlaliyyətə gedən yol açılmış oldu. Ürəyi azadlıq eşqi ilə döyünən xalqımız gecə-gündüz meydanlara çıxıb Sovet əsarətinə etiraz edərək müstəqillik tələb etdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqillik aktına imza atdı və 1990-cı ilin 17 noyabrından başlanan proses 1991-ci ilin 18 oktyabrında bütünlüklə müstəqillik əldə edilməsi ilə sona çatdı. Qazanılmış bu müstəqilliyin əldə edilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz onun siyasi manevrləri və xidmətləri‚ bütün ölkə əhalisində bir stimul rolunu oynamışdı. 1993-cü ildə xalqın təkidli və israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev o zaman ölkəni bürümüş dəhşətli tragedik və dramatik durumdan‚ ölkəni cənginə almış qardaş qırğınından‚ kəskin siyasi böhrandan‚ məşəqqət və müsibətlərdən öz siyasi bacarığı və zəngin dövlətçilik təcrübəsi ilə xalqımızı xilas etdi. 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsində xalqımızın yekdilliklə səs verərək Ulu Öndəri Dövlət başçısı vəzifəsində görmək istəməsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev müstəqil Dövlətçiliyimizin yaranması istiqamətində cidi islahatlara başladı. Məhz bundan sonra milli Dövlətçiliyimizin əsası qoyuldu və müstəqil dövlətimizin yaradılması prosesləri başladı. Hər sahədə geniş işlər həyata keçirən müdrik şəxsiyyət Heydər Əliyev Cənubi Qafqaz regionun ən qüdrətli ölkəsi olan‚ bütün dünyada müstəqil siyasət yeridən‚ öz sözünü dünya birliyində müstəqil şəkildə deməyi bacaran‚ hər an yüksək inkişaf dövrünü yaşamaqda olan və güclü orduya malik parlaq bir Azərbaycan yaratdı.    Bununla da Azərbaycanda şanlı bir tarix başladı, Azərbaycanın mükəmməl dövlətçilik təməllərinin yüksək səviyyədə qurulması, müstəqilliyimizin, suverenliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bütün dünyaya tanıdılması, ölkəmizin sıfırda olan büdcəsinin və olmayan iqtisadiyyatının dirçəldilməsi, inkişaf etdirilməsi və əvvəlki iqtidarın yaratdığı boşluqların, faciələrə yol açan halların aradan qaldırılması, habelə hərc-mərcliyin, anarxiyanın, özbaşınalığın, dərəbəyliyin qarşısının dərhal alınması proseslərinə başlanıldı. Həmin 1990-cı illərin əvvəllərindəki dövrdə səriştəsiz iqtidarın yaratdığı bütün problemlər‚ məhz Heydər Əliyev tərəfindən  sürətlə aradan qaldırıldı.
Mirsamir Məmmədov
Səffaflıq.az
Göyçay
Geri qayıt