Əsas Səhifə > Gündəm > Qəzaya düşən hərbi təyyarəmiz tapıldı, dənizdən çıxarılır - VİDEO

Qəzaya düşən hərbi təyyarəmiz tapıldı, dənizdən çıxarılır - VİDEO


9-08-2019, 22:23

 Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Şəffaflıq.az
Geri qayıt