Əsas Səhifə > Gündəm / Elm Təhsil > 14 iyunda Şamaxı şəhər "THT" liseyində “Son zəng” tədbirləri təntənəli qeyd olunub._FOTO/VİDEO, YENİLƏNİB

14 iyunda Şamaxı şəhər "THT" liseyində “Son zəng” tədbirləri təntənəli qeyd olunub._FOTO/VİDEO, YENİLƏNİB


15-06-2019, 04:09
 14 iyunda Şamaxı şəhər "THT" liseyində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı şəhər "THT" liseyində keçirilən “Son zəng” tədbirində  rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Şəhər liseyində tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılıb.Tədbir Azərbaycan Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 
  

Məktəbin direktoru Günel Əsgərova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib.Çıxışı zamanı direktor şagirdlərin olimpiada və müsabiqələrdə əldə etdikləri uğurlardan danışıb. Günel Əsgərova tədbirdə liseyin illər öncə məzunlarından tanınmış Mətbuat işçiləri Vahid İsmayılov və Rəşad Aydını fəxri məzular olaraq dəvət etmiş məktəbi bitirən məzunları təbrik etmək üçün, ilk öncə onlara söz verib.
Dəvətlilər liseyi bitirən onbirləri “Son zəng” münasibətilə  təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.Müstəqil həyata qədəm qoyan məzunlara natiqlər,ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının  artdığını vurğulayan Vahid İsmayılov və Rəşad Aydın  məzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərini ümid etdiklərini bildiriblər.

  Tədbirdə çıxış edən digər müəllim və qonaqlar məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.



Həmçinin, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox şagirdlərə Fəxri fərmanlar verilib.

Tədbirdə rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, “Son zəng” çalınıb.

Aytən İsmayılova 

Şəffaflıq.az
 











 








 








 



Geri qayıt