Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi bayraq gününü Qobustanda qardaş məktəblə birgə qeyd etdi

 
 

07.11.2018-ci il tarixində Qobustan rayonunun 3 saylı orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə qardaşlaşmış Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin şagirdləri ilə ev sahibləri arasında 9 Noyabr "Bayraq günü"nə həsr edilmiş "Bayrağımız Qürurumuzdur"adlı inşa müsabiqəsi keçirilmişdir. Qalibləri mükafatlandırmaq üçün fondun əməkdaşı Elvin Hətamov da keçirilən tədbirdə iştirak etmişdir. Tədbirdə Qobustan rayon Təhsil Şöbəsinin əməkdaşları, hər iki məktəbin müəllim heyətləri, Hərbi komissarlığın əməkdaşları da iştirak etmişlər. Daha sonra qardaş məktəblərin müəllim və şagirdləri Qobustan məktəblilərinin hazırladığı tədbiri bərabər izləmişlər. Tədbirdə fondun əməktaşı Elvin Hətəmov qaliblərə fond tərəfindən təqdim edilmiş diplom və kitab hədiyyələrini təqdim etmişdir. Tədbirdən sonra qardaş məktəbin müəllim və şagird heyəti çay süfrəsində maraqlı fikir mübadiləsi aparmışlar.

 
 
 
 
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}