Prezidentin köməkçisi: "Növbəti həftələrdə - avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"

 

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

Şəffaflıq.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}