Siyavuş Novruzov hədələdi:“Prezidentin dediklərindən kim dərs götürməyəcəksə, digərlərinin taleyini yaşayacaq”

 

“Vaxt var idi, Azərbaycanda yol anlayışı, işıq anlayışı yox idi. 20 dəqiqə işıq verilirdi ki, insanlar xəbərlərə qulaq assın. Qazdan ümumiyyətlə, söhbət getmirdi. İndi 3 kənddə qaz yoxdur, ondan danışırıq. Təbii ki, mərhələli qaydada hamısı qazalşdırılacaq. 

Azərbaycanda 95 faiz qazlaşdırılıb. Heç sovet dövründə bu, olmamışdı”.

Komitə sədri Siyavuş Novruzov bu fikirləri plenar iclasda həmkarlarının bəzi problemlərlə bağlı çıxışlarına reaksiyasında söylədi. O daha sonra bildirdi: “Təbii ki, müəyyən problemlər var. Guya bu gün ABŞ-da problem yoxdur? Təbii ki, var. Gündə kimisə öldürürlər, tuturlar, sərbəst toplaşma azadlığı pozulur. Torpaq islahatı sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirilib.


Təbii ki, nöqsanlar da var, amma inkişafı da görməliyik. Azərbaycanın istənilən kəndi postsovet məkanındakı istənilən kəndi üstələyib. Kəndlə şəhər arasında fərqi heç kəs hiss eləmir. Təkcə keçən həftə cənab Prezident və Birinci vitse-prezident 5 rayona səfər edib”.

S.Novruzov dedi ki, prezidentin dediklərindən kim dərs götürməyəcəksə, digərlərinin taleyini yaşayacaq: “Vaxt var idi, bütün hüquq-mühafizə orqanları sahibkarların üzərinə tökülmüşdü, indi elə bir halın şahidi deyilik. O baxımdan biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}