Zərdab İcra Hakimiyyətinin şöbə müdiri və iki məmur həbs olunaraq Bakıya gətirildiyi deyilir

 

Dünən gecə saatlarında Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılması haqda məlumat əldə olunub.

Yerli sakinlərin Avropa.info-ya verdiyi məlumata görə, Əhmədov Sahid Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.

Əhmədov Sahidlə yanaşı bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.

Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş