“Heç bir polis zorakılığı olmayıb” – Bakı polisindən “Hürriyyət”in xəbərinə REAKSİYA

“Xəbər saytlarında “22-ci bölmənin qarşısında polis zorakılığı” başlığı ilə yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb”. 
Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırmalar zamanı hər hansı zorakılıq, yaxud digər qanundankənar fakt təsdiqini tapmayıb:
“İyulun 27-də paytaxtın Nəsimi rayonu Füzuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib. Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanunu tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş keçikçilərinin ünvanları nalayiq ifadələr işlədiblər.
Keçirilən tədbirlərə şəxsiyyətləri müəyyən olunan 1996-cı təvəllüdlü A.Dadaşov, 1984-cü il təvəllüdlü S.Məstanova saxlanılaraq müvafiq polis bölməsinə dəvət olunaraq, qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barələrində protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib”.
шаблоны для dle 11.2


Facebook-da paylaş