Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB

 

Koronavirusa yoluxmuş pasiyentlər piylənmədən əziyyət çəkirsə, onlarda xəstəxanaya yerləşdirilmə və ölüm riski xeyli yüksəlir.

Böyük Britaniyanın Baş naziri Boris Conson bunu krallığın Səhiyyə Nazirliyində gəlinən nəticələrə əsasən açıqlayıb.

“Artıq çəkidən qurtulma COVID-19 təhlükəsindən qorunmaq üsullarından biridir, eyni zamanda ümumi sağlamlığa da xeyli müsbət təsir göstərir”, - B.Conson bildirib.

Baş nazir etiraf edib ki, özü də idmanla fəal məşğul olmağa başlayıb və daha az yeyir ki, artıq çəkidən azad olsun.

“Public Health England” xəbər verir ki, bədən çəki indeksi (BMI) 30-35 arası olan koronavirus xəstələrində ölüm riski daha az çəkili pasiyentlərlə müqayisədə 40 faiz çoxdur.

Həkimlər BMI göstəricisi 25-dən yüksək olan insanları arıqlamağa çalışmağa səsləyirlər.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş