Böyük Şordakı vəziyyətlə bağlı prokurorluq da hərəkətə keçdi

 

Böyük Şor gölünün ətrafında yaranan xoşagəlməz vəziyyətlə bağlı rəsmi qurumlar tərəfindən ciddi araşdırmalar başlayıb. İki gündür Böyük Şor gölündən yayılan qoxu indi də ətrafdakı avtomobil yollarında və yaşayış məntəqələrində hiss olunur.

Məlum oldu ki, Bakını bürüyən kəskin qoxunun səbəbi "Sobsan" fabrikində baş verən yanğın zamanı yaranmış tullantıların gələ axıdılması zamanı göl üzərində yaranan çirkli təbəqədir. Havanın temperaturunun yüksək olması ilə kəskin qoxu daha da artıb. Rəsmi məlumatlarda bu fikirlər qeyd edilir.

Böyük Şordakı vəziyyətlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri də açıqlama verib.

Bizə məlumat vermişlər ki, dəhşətli üfunət iyindən gölə yaxınlaşmaq çox çətindir.

Bundan əlavə, öyrəndik ki, həqiqətən də fabrikdə baş verən yanğından sonra çirkab suları gölə axıdılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}