AzTV-nin baş redaktoru da koronavirusdan öldü - iki gündə iki ölüm!!!

 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) baş redaktoru Etibar Babayev koronavirusdan ölüb.

Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov özünün facebook səhifəsində məlumat paylaşıb. Paylaşımda deyilir: ''Təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu… Bu dəqiqə aldığım məlumat çox acınacaqlıdır - Etibar Babayev dünyasını dəyişib... Deməyə sözüm qalmayib, Allah rəhmət eləsin”.

Musavat.com bildirir ki, Etibar Kamal oğlu Babayev AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi idi. Etibar Babayev koronavirus şübhəsi ilə ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Artıq bu, AZTV-də bir həftədə ikinci  ölüm hadisəsidir. Bundan bir gün əvvəl Azərbaycan Televiziyasının rejissoru  Samir Nemətzadə koronavurusdan dünyasını dəyişmişdi.

Allah rəhmət etsin. 
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}