Səhiyyə Nazirliyi: Bu şəxslər telefon vasitəsilə polikilinikaya müraciət etsinlər

 

İnsan COVID-19 olmaya-olmaya özümüzü pis hiss edə bilər, öskürmə və temperatur ola bilər. Bu da insanda COVID-19 qorxusu yaradır.

Şəffaflıq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, xəstələrin qeydiyyata götürülməsi və izlənməsi prosesinə yenicə başlanıb:

“Özünü pis hiss edən və qızdırması olanlar məsləhətdir ki, polikilinikaya telefon vasitəsilə müraciət etsinlər və ya tanıdığı sahə həkiminə məlumat versinlər.  Ona əlavə suallar veriləcək. Bu suallar əsasında həkim qərar verəcək ki, COVID-19 şübhəsi var, yoxsa yox. Bunun üçün hansı addımların atılması ilə bağlı təlimat verəcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}