Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

 

Azərbaycanda 572  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}