Şamaxı Rayon İcra Hakimiyyəti: Zəlzələdən sonra 29 ev kəskin qəzalı vəziyyətə düşdü

  Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 1110 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı rayon İcra Hakimiyyətinə müraciət daxil olub.
Bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, daxil olan müraciət əsasında 171 evə baxış keçirilib: "Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 29-u kəskin qəzalı (dağılmış), 63 evin bərpasının mümkün olması, 42 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 37 evin vəziyyəti isə qənaətbəxs hesab edilib".
R.Əliyev bildirib ki, kəskin qəzalı evlərin 12-si rayonun mərkəzində, 17-si isə kəndlərdədir: "Evləri dağılan sakinlər qohumlarının mənzillərində müvəqqəti məskunlaşdırılıb. Hazırda komissiyanın araşdırmaları davam etdirilir".
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}