Cənab Prezident, Mingəçevirdə seçki saxtalaşdırılıb! - 7 NAMİZƏDİN MÜRACİƏTİ

 

47 saylı Mingəçevir Seçki Dairəsindən Deputatlığa namizədlər - Məhəmməd Zamanov, İbrahim Salamov, Ülvi Çələbiyev, Ceyhun Səbzəliyev, Qurbanəli Yusibov, Rüfət Həsənov, Quliyev Fariz tərəfindən

Prezident İlham Əliyevə


MÜRACİƏT


Cənab Prezident! Biz yuxarıda adları çəkilən deputatlığa namizədlər Sizin çağırışınızla 9 fevral seçkilərinə böyük həvəs və coşqu ilə qatılsaq da, lakin seçki günü baş verən total saxtakarlıqlar nəinki ədalətli seçkilərə, ümumiyyətlə ölkədə müşahidə olunan gəncləşmə siyasətinə də inamımızı ciddi şəkildə sarsıtdı.

Cənab Prezident! Yenə də ənənəvi üsullarla 47 saylı Mingəçevir Seçki Dairəsində seçicilərin iradəsinin ziddinə olan nəticə elan olundu ki, bu da biz namizədlər tərəfindən böyük şübhə ilə qarşılanmaqdadır. Az qala bütün seçki məntəqələrində müşahidə olunan saxtakarlıq faktlarına etiraz etməyimizə rəğmən iradlarımız heç bir halda MnSK rəhbərləri tərəfindən qəbul olunmadı, ciddiyə alınmadı.

Cənab Prezident! Biz yenə də Sizin ədalətlinizə inanır və ümid edirik ki, bizim bu çağırışımza dövlət başçısı olaraq gərəkən reaksiyanı verəcəksiniz. Ümid edirik ki, 47 saylı Mingəçevir Seçki Dairəsində nəticələr Konstitusiya Məhkəməsi tərəfindən tanınmayacaq və bu prosesə müdaxilə edəcəksiniz.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}