Şamaxıda “Şəhidlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib-FOTO

 Yanvar 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı şəhəri “İmamzadə” məscidi dini icmasının təşkilatçılığı ilə Şamaxı şəhər “Cümə” məscidində “Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “Şəhidlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi dini icmasının sədri Akif Hüseynov, İmamzadə məscidinin imam müavini Rəfail Şirinov, rayonun nüfuzlu din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə  açan QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev şəhidlik zirvəsinin mahiyyətindən, İslamda şəhidlik anlayışından bəhs edib.
Tədbirdə çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov  çıxış edərək vətən sevgisinin hər şeydən üstün olmasından, torpaqlarımızı qoruyarkən şəhid olanların xatirəsinin əbədi yaşayacağından danışıb.
Daha sonra çıxış edən natiqlər şəhidlik anlayışının müqəddəsliyindən, milli tariximizdə şəhidlərin rolundan bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavabandırılıb.

ŞƏFFAFLIQ.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}