MSK seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırmaya BAŞLAYIB

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymətləndirilən hərəkətləri qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın yavarın 23-də keçirilən iclasında bu barədə danışıb. O, qeyd edib ki, məsələ barəsində həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub:
 “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeynalov özü də sosial şəbəkədə profilində belə fotolar paylaşıb. İstədim məlumat verim ki, belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.
MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}