Deputat: “Yardım alan ailələrin hər birinə 100 manat verilməsi ilə bağlı sərəncamı müsbət qiymətləndirirəm”

  “Ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamını müsbət qiymətləndirirəm”
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
O bildirib ki, bu, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır: "Bəzi Avropa ölkələrində də bu cür addımlar atılır. Sevindirici haldır ki, belə bir ənənənin Azərbaycanda da əsası qoyulub. Bunun davamlı olacağını ümid edirik. Azərbaycan Prezidenti İlham Əliyev sosial sahəyə xüsusi diqqət yetirir. Ölkədə aparılan siyasətin əsasında xalqın sosial rifahının yaxşılaşdırılması dayanır. Milli Məclisin plenar iclaslarından birində ünvanlı dövlət sosial yardımı alan ailələrə 100 manat məbləğində birdəfəlik yardımın ödənilməsini təklif etmişdim. Sağ olsun Prezident, bu və ya digər formada təkliflərimizi nəzərə alır”.
Xatırladaq ki, dekabrın 19-da Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.шаблоны для dle 11.2


Facebook-da paylaş