Ümumdünya Səhiyyə Təşkilatı dünyanın ilk ebola peyvəndini təsdiqlədi – GƏLƏN İLDƏN BAZARA ÇIXARILACAQ

 

Şəffaflıq.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən yazılı  açıqlamaya görə, ABŞ-ın Merck dərman şirkəti tərəfindən istehsal edilən və “Ervebo” adını daşıyan ebola peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının keyfiyyət, təhlükəsizlik və fayda standartlarına uyğundur.

“Ervebo” peyvəndinin lisenziyalı şəkildə 2020-ci illərin ortalarından bazara çıxarılması  gözlənilir.

Bu həftənin əvvəlində Avropa Komissiyası tərəfindən təsdiqlənən peyvənd virus ucbatından 2 min nəfərdən artıq insanın həyatını itirdiyi Konqo Demokratik Respublikasında uzun müddət ərzində sınaqdan keçirilib.

Öldürücü virus ilk dəfə 2013-cü ilin dekabr ayında Qərbi Afrikada yayılıb. Afrika ölkələrində 2014-2017-ci illər arasında yayılmış epidemiya nəticəsində virus 30 min insana yoluxub, 11 min nəfərdən artıq insanın həyatını alıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}