“Onların hamısı raketlərlə məhv edilməlidir: Yollar da, körpülər də, mədənlər də, bir sözlə, hər şey...”

Fərəc Quliyev: “İşğaldakı torpaqlarımıza qanunsuz səfər edən hər kəs bilməlidir ki, onun oradan sağ çıxmamaq ehtimalı var”
Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Şuşada “Yuxarı Gövhər Ağa” məscidinin “yenidənqurma işlərindən” sonra təntənəli açılışı keçiriləcək. Oktyabrın 11-də isə Xankəndində “Qarabağın dostları”nın iştirakı ilə daha bir tədbir planlaşdırılır ki, burada 30 ölkədən 150-dən çox nümayəndənin iştirakı gözlənilir.
Maraqlıdır, Azərbaycan Qarabağda keçirilən bu cür bayram-tədbirlərlə bağlı hansısa ciddi addımlar ata bilərmi? Bu cür tədbirlərin keçirildiyi məkanlara nöqtə-zərbələrin endirilməsi, ən azından düşmən arasında qorxu və təşvişin yaradılması milli maraqlarımız baxımından nə dərəcədə zəruri və arzuediləndir?
Moderator.az-a açqlama verən millət vəkili Fərəc Quliyev düşmənə qarşı sərt addımlar atılmasının vacib olduğunu vurğuladı:
“Mən parlamentin ötən dəfəki iclasında çıxış etdim və həmin çıxışda savaş çağırışı etdim. Hətta belə bir çağırış da etdim ki, bir qaşıq qanımızdanmı qorxuruq? Savaşmalıyıq. O çıxışımda da bildirdim ki, ermənilər Qarabağda rahat olmamalıdırlar. Mən əvvəldən Qarabağda yaşayan yerli, erməni əsilli azərbaycanlıları nəzərdə tutmuram. Işğalçı Ermənistan ordusu buranı zəbt edib və bura adamlar köçürməkdədir. Turistlər də gəlir, müxtəlif tədbirlər də keçirilir və s. Təbii ki, onlar özlərini rahat hiss etdikcə, yollar çəkəcək, istirahət mərkəzləri, məktəblər tikəcək, yaşayış məntəqələri salacaqlar və s. Necə ki, bunları edirlər. Ermənilər 163 mədənimizi istismar edirlər. Bura Azərbaycan ərazisidir. Azərbaycan-Ermənistan sərhəd xətti deyil. Azərbaycan işğaldakı torpaqlarda istənilən hərəkətliliyə son qoymalıdır. Dünya praktikasında da var ki, bir ölkə müharibə zamanı geri çəkilməli olanda, dəmir yollarını, körpüləri, mədənləri və zavodları partladaraq sıradan çıxarır ki, düşmənə qalmasın. Hətta ərzağı belə məhv edirlər. Ermənilər yol çəkirlərsə, vurulmalıdırlar. Mədən istismar edirlərsə, “Yer-Yer” tipli raketlərlə vurulmalıdır. Uçan bir aparat gəlirsə, vurulmalıdır. Mən son çıxışımda irad da tutdum. Dedim ki, bir müddət öncə düşmən Füzuli rayonu ərazisində bizim təyyarəmizə atəş açsa da, ona qarşılıq verilmədi. Biz sərhəd xətini keçən istənilən uçan obyekti vurmalıyıq.
Ermənilər Dağlıq Qarabağ ərazisinin “mübahisəli” olduğunu iddia edirlər. Mən bunu bir kənara qoyuram. Aran Qarabağ ki, mübahisəli ərazi deyil. Aran Qarabağda “Yer-Yer” tipli raketlərlə atışlar həyata keçirmək olar. Kim gəlir-gəlsin. Orda kimin nə işi var ki, ölsün də? Olmasın, ölməsin. Sərt tədbirlər görmədikcə, onlar torpaqlarımızda bir gün bayram keçirəcək, bir gün xariciləri dəvət edəcəklər. Lakin görsələr ki, ora kimsə gələn kimi, ona zərbə vurulur, onun bu ərazidən sağ çıxmamaq ehtimalı var, kimsə ora ayağını qoymayacaq. Ona görə də mən sərt tədbirlərin görülməsinin tərəfdarıyam. İşğal edilmiş Azərbaycan torpaqlarına gələn adamların adını “qara siyahı”ya salmaq, hansısa bəyanat verməklə bu problemi həll etmək mümkün olmayacaq”.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş