BŞBPİ: Qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri ehtiyatsızlıqdan baş verən cinayətlərdir

"Polis orqanlarında həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir".
"Report"un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, bu ənənə, xidməti və icra intizamında polis orqanında rütbəsindən asılı olmayaraq, hər bir əməkdaşın gündəlik həyat tərzidir: “Qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət növlərdir.”
E.Hacıyev əlavə edib ki, ictimai təhlükəsizlik tədbirlərinin nəticələri paytaxtdan ən ucqar regionlarımıza qədər eyni dərəcədə özünü göstərir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}