Şamaxıda Şahxəndanın məzarı ziyarət olunub.-FOTO

 Sentyabrın 29-da İkinci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlərin davamı olaraq qonaqların bir qrupu, habelə nəsimisevərlər Şamaxı şəhər yaxınlığında yerləşən qəbirstanlığa gələrək İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət ediblər.
 Şəffaflıq.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verib.
 Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edib ki, yazılı mənbələrdə adı çəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.
Almaniyalı nəsimişünas alim Maykl Hers abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan danışıb.

Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılaması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verib.

Vahid İsmayılov

Şamaxı:
Şəffaflıq.az


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}