Bu il Göyçayda XIV Nar festivalı 9-10 noyabr tarixlərində keçiriləcək.

Bu il Göyçayda XIV Nar festivalı 9-10 noyabr tarixlərində keçiriləcək.
Şəffaflıq.az bildirir ki, bu barədə Göyçay rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev açıqlamasında bildirib. O, qeyd edib ki, artıq ənənə halını alan bu bayram öz rəngarəngliyi ilə eyni zamanda, maraqlı proqramlarla zəngindir. A. Nağıyev sözlərində əlavə edib ki, festivalın ilk günü 9 noyabr tarixinə təsadüf etdiyindən Göyçayda yeni tikilən möhtəşəm bayraq muzeyinin də açılışı məhz həmin gün baş tutacaq. Daha sonra Nar bayramına start veriləcək. Hər il olduğu kimi bu ildə keçiriləcək bayramda konsert proqramı təşkil olunacaq.Xatırladaq ki, ümumilikdə festival iki gün davam edəcək.
Davud Tarverdiyev.
Göyçay
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}