"Ermənilərin törətdiyi elə ekoloji cinayətlər var ki, hələ mediamızda öz əksini tapmayıb"

 Artıq uzun illərdir ki, ermənilərin ekoloji müstəvidə ölkəmizə qarşı həyata keçirdiyi cinayətlər davam edir.
Azərbaycan mediası düşmənin ekoloji sahədəki cinayətlərini lazımınca ifşa edə bilirmi? Beynəlxalq ictimaiyyət erməniləin ekoloji müstəvidə törətdiyi cinayətlər haqqında yetərincə məlumatlıdırmı?
 Şəffaflıq.az bildirir ki, Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan mediasının bu sahədə üzərinə düşən missiyanı lazımınca yerinə yetirdiyini vurğulayıb:
“Azərbaycan mətbuatı Dağlıq Qarabağ məsələsində çox həssasdır. Monitorinqlər aparsanız görərsiniz ki, həm qəzetlərimizdə, həm də informasiya portallarımzıda bununla bağlı kifayət qədər məlumat yer alıb. Danışqılar prosesi, Azərbaycan-Ermənistan münaibətləri ilə bağlı mediamız cəmiyyətə kifayət qədər dolğun informasiya verib. Azərbaycanın haqlı mövqeyi yerli və beynəlxalq ictimaiyyətə çatdırılır. Ermənistanın torpaqlarımızı işğal etməsi, İrəvanın danışıqlar prosesindən hər bir vəchlə yayınması və s. haqqında cəmiyyətə lazımi informasiyalar verilir.
Azərbaycanın ekoloji baxımdan təzyiqə məruz qalmasına gəlincə, həqiqətən də ölkəmizə qarşı bu müstəvidə də böyük cinayətlər edilib. Ermənilər zaman-zamanm su hövzələrimizin zəhərlənməsi ilə bağlı addımlar atıb. Otlaq yerlərinin yandırılması, meşələrin məhv edilməsi ilə bağlı da vaxtaşırı çoxlu məlumatlar yayılıb. Azərbaycan mediası məhz bu sahədə də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ola bilsin ki, ekoloji müstəvidə ermənilər tərəfindən törədilən elə cinayətlər var ki, onlar hələ mediamızda öz əksini tapmayıb. Çünki həmin ərazilər işğal altındadır və media nümayəndələrinin bu ərazilərdə baş verən bütün olaylardan xəbərdar olmaması mümkündür.  Bu sahəyə cavabdeh olan əlaqədar qurumlar medianı informasiya ilə təmin etdikləri halda media da cəmiyyəti bu informasiyalarla təmin edəcək.
Azərbaycanda əksər xəbər portalının, saytın xarici dildə versiyası var. Azərbaycanda başqa dillərdə fəaliyyət gösətərən mətbuat vasitələri mövcuddur. Mediamız dünya ictimaiyyətini bu yolla məlumatlandırır. Dünyanın ayrı-ayrı media vasitələri ilə də mediamız əməkdaşlıq edir və bu əməkdaşlıq fonunda da xarici mediada müxtəlif materialların işıqlandırılmasına nail olur.
Bir sözlə, hesab edirəm ki, mediamız ermənilərin ekoloji müstəvidə cinayətlərini ifşa etmək istiqamətində yetərincə iş görür və bu fəaliyyət bu gün də davam etməkdədir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}