Elçin Quliyev Elnarəni təltif etdi – FOTO

 Müğənni Elnarə Xəlilova medala layiq görülüb.
O, Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib.
“Bu cür yüksək mükafata layiq görüləcəyimi gözləmirdim. Bu mükafat məni çox qürurlandırdı. Artıq uzun müddətdir ki, mən də sərhədçiyəm. Bu şərəfli adı daşıdığım üçün çox xoşbəxtəm.
Bütün sərhədçiləri öz adımdan 100 illik yubiley münasibətilə təbrik edirəm. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum Qarabağımızı azad görməkdir. Eyni zamanda, bütün əsgərlərimizə tutduqları şərəfli yolda uğurlar, cansağlığı arzulayıram” – deyə müğənni oxu.az-a bildirib.
Qeyd edək ki, leytenant rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}