Dənizə düşən qırıcı təyyarəmizi türk xilasedicilər tapıb - RƏSMİ AÇIQLAMA - FOTO


 

Şəffaflıq.az xəbər verir ki, Türkiyə Respublikası Dəniz Qüvvələri Komandanlığında xidmət edən 10 nəfərlik Sualtı Axtarış-Xilasetmə Briqadası (Sualtı Arama Kurtarma Timi - SAK) Xəzər dənizinə düşmüş MİQ-29 hərbi təyyarəsinin bəzi hissələrini tapıb. Briqada hərbi təyyarənin qalıqlarının və Azərbaycan Hərbi Hava Qüvvələrin pilotu Rəşad Atakişiyevin tapılmasına kömək məqsədilə İstanbuldan Bakıya gəlib. Təyyarənin əsas hissəsinin dənizdən çıxarılması üçün hazırlıq işləri gedir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Tvitter” səhifəsindəki açıqlamada deyilir: “Dəniz Qüvvələri Komandanlığının SAK briqadası tərəfindən Xəzər dənizinə düşən, Azərbaycan Hava Qüvvələrinə məxsus hərbi təyyarə ROV cihazı ilə aşkar edilib. Ardından dənizin alt hissəsində təyyarənin böyük və kiçik parçalarının görüntüləri çəkilib”.
Təyyarə iyunun 24-də axşam saatlarında təlim-məşq uçuşu zamanı dənizə düşüb.шаблоны для dle 11.2


Facebook-da paylaş