DİN-dən döyüldüyünü söyləyən şəxslə bağlı AÇIQLAMA

 Sumqayıtda təqribən dörd il öncə baş vermiş qətlin polis əməkdaşları tərəfindən guya zorla bir nəfərin boynuna qoyulması, buna görə ona işgəncə verilməsi barədə sosial şəbəkələrdə yayılmış videogörüntü, həmin kadrlarda bu sahədə “ixtisaslaşmış” blogerin və döyüldüyünü söyləyən şəxsin iddiaları növbəti dəfə ictimai rəyi aldatmağa yönəlmiş uğursuz cəhddir”.
Bunu Report-a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.
“Sanki bu gün baş veribmiş kimi yayımlanmış, cəmiyyətin belə neqativ hallara həssaslığını bilərək süni yolla gündəm yaratmağa xidmət edən belə feyk görüntülərlə indi ictimaiyyəti çaşdırmaq, polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək fikri olduqca primitiv bir taktikadır.
Əslində videoda xüsusi canfəşanlıqla və məqsədyönlü şəkildə “istismar” olunan qəsdən adam öldürmə hadisəsi 2016-cı il martın 22-dən 23-ə keçən gecə şəhərin 13-cü mikrorayonu ərazisində baş verib. Hadisə ilə əlaqədar Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxıb, təxirəsalınmaz tədbirlər həyata keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib. Faktla bağlı şəhər Prokurorluğunda CM-in 120.2.2-ci maddəsilə cinayət işi qaldırılıb”, - deyə o qeyd edib.
DİN rəsmisi qeyd edib ki, qətl baş verən ərəfədə hadisə yerinə yaxın ərazidə görünmüş bir sıra şəxslər, o cümlədən sonradan özünü xəstəxana çarpayısına yıxmış, polis əməkdaşlarının guya “işgəncə metod”larından ağızdolusu danışan, məlum videonun təzə, köhnə və əsas “qəhrəmanı” olan şəhər sakini, elə həmin məkanda yaşayan Rəşad Abbasov şübhəli şəxs qismində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib.
“O, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə sorğu-sual edildikdən sonra, həmin ağlır cinayətdə iştirakı müəyyən edilmədiyinə görə sərbəst buraxılıb və bu proses 2-3 saat ərzində yekunlaşıb. Daha sonra peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətdiyinə, yəni N.Məmmədovu qətlə yetirdiyinə görə B.Atamalıyev adlı şəxs tutularaq istintaqa cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin qətldə və digər cinayətlərdə təqsirli bilərək 2016-cı il noyabrın 10-da B.Atamalıyevi 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Ancaq R.Abbasov o vaxt kimlərinsə sifarişini yerinə yetirərək qanuni əsaslarla aparıldığı, zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra sərbəst buraxıldığı bölmədə guya işgəncəyə qaldığını iddia edir, o zaman ən müxtəlif instansiyalara bununla bağlı müraciətlər də göndərib. Həmin müraciətlər əsasında DİN-in aidiyyatı xidməti və şəhər Prokurorluğu tərəfindən dəfələrlə araşdırmalar aparılsa da şikayətçinin qeyd etdiyi hallar öz təsdiqini tapmayıb.
Hazırda onun fiziki təsirə məruz qalması barədə iddialara məhkəmə qaydasında baxılır. İndi okeanın o tayında olan bloger tərəfindən təqribən dörd il əvvəl çəkilmiş videogörüntülərin yenidən yayımlanması “polis zorakılığı”na dair ya mövzu qıtlığından, ya da asayiş keşikçilərinin cəmiyyətdəki yüksək nüfuzuna, polis-vətəndaş münasibətlərinin daha da yaxınlaşması istiqamətindəki uğurlara kölgə salmaq istəyindən irəli gəlir”.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş