Ölkəmizdə keçirilən idman yarışları və musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub.-FOTO

 Ölkəmizdə keçirilən idman yarışları və musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub
 Şəffaflıq.az xəbər verir ki,İyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışan daxili işlər orqanlarının əməkdaşları tərəfindən bu müddət ərzində paytaxtımızda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda iyulun 22-dən 25-ə qədər velosiped yarışları və "Jara" musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub.
Xüsusilə qeyd etmək lazımdır ki, xidmətə cəlb edilmiş yol patrul xidmətinin əməkdaşları Olimpiya Festivalı zamanı idmançıları, nümayəndə heyətlərini daşıyan 136 ədəd avtobusun tədbir yerlərinə, həmçinin təyin edilmiş ərazilərə təhlükəsiz çatmasını üçün fasiləsiz xidmət aparıb. İdmançıların və qonaqların qarşılanması, yola salınması prosesində yol polisləri 24 saat fəaliyyət göstəriblər.
Qeyd edək ki, yarışların keçirildiyi günlər ərzində tədbir iştirakçıları ilə bağlı hər hansı yol nəqliyyat hadisəsi qeydə alınmayıb.
Xüsusi olaraq qeyd edilməlidir ki, tədbirin keçirildiyi günlərdə sarı zolaqlarla bağlı bir neçə faktı nəzərə almasaq sürücülərə cərimələr tətbiq edilməyib. Bu isə aparılan profilaktik tədbirlərin uğurlu nəticəsi, eləcə də polis-vətəndaş münasibətlərinin yüksək qarşılıqlı anlayış səviyyəsində olduğunun bariz nümunəsidir.






 






 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}