Göyçayda açıq mikrafon günü keçiriləcək

Göyçay şəhərində açıq mikrafon günü təşkil olunacaq.
Şəffaflıq.az bildirir ki,tədbir 25 iyul 2019-cu il tarixində baş tutacaq. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata əsasən, açıq mikrafon günü saat 11:00-da başlanacaq. Qeyd olunub ki, Göyçay Heydər Əliyev Mərkəzində rayon rəhbəri ilə görüşdə rayon sakinləri, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, dindarlar, gənclər, qazilər, veteranlar, sahibkarlar, müxalifət və iqtidar partiyasının üzvləri, yazıçılar, şairlər və jurnalistlər dəvətlidir.
Davud Tarverdiyev
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}