Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

 #CƏMİYYƏT

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib.

Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, konsert proqramında xalq artistləri Zülfiyyə Xanbabayeva, Samir Cəfərov, Mənsum İbrahimov, Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, İlqar Muradov, Mələkxanım Əyyubova, əməkdar artistlər Fərqanə Qasımova, Aygün Bəylər, Sevda Ələkbərzadə, tanınmış ifaçılar Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ərəstun Quliyev, həmçinin "Mirvari" rəqs ansamblı çıxış edib.

Sənətçilərin səsləndirdikləri mahnı və kompozisiyalar paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının alqışları ilə qarşılanıb.

Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}