Dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.-FOTO

 Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.
Şəffaflıq.az xəbər verir ki, o, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.
Xatırladaq ki, F.Poladov dünən günorta saatlarında  “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirmişdi. Nəticədə avtomobil səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşmuşdu. F. Poladov sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmlşdı.  
Allah rəhmət eləsin.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}