Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “Oxu günü” və “Nəsimi – 650” ilinə həsr olunmuş tədbir keçirilib.-FOTO

 02 may 2019-cu il tarixdə Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “Oxu günü” və “Nəsimi – 650” ilinə həsr olunmuş tədbir keçirilib.
 Şəffaflıq.az bildirir ki, Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, qonaqlardan detektiv yazıçı Elxan Elatlı, yazıçı-şair Zahid Sarıtorpaq, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov çıxış edərək öz fikir və mülahizələrini bildiriblər. 
  Qonaqlar məktəblilərin təqdimatlarını maraqla izləyiblər. Tədbirdə rayonun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Həmçinin Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub. Yüksək səviyyədə keçirilən tədbir, iştirakçılar tərəfindən sona kimi diqqətlə izlənilib.












 













 Vahid İsmayılov
Şəffaflıq.az
















 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}