Bəziləri küçə itlərini öldürməyi qəddarlıq və günah sayırlar. Düzgün mövqe nədir?
Şəffaflıq.az islam.az-a istinadən bildirir ki, natəmizlik yaradan, öz hücumu ilə insanlara təhlükə törədən küçə itlərini, onlar üçün ayrılmış izolyasiya məkanlarına aparmaq, orada xəstəliklərini müalicə etmək daha yaxşıdır. Əgər quduzluq və ya başqa xəstəliyə tutulmuş iti müalicə etmək mümkün deyilsə, bu halda onu qəddarlığa yol vermədən öldürmək icazəlidir. Bir daha təkrar edirik ki, bu məsələdə itin həyatının dəyəri ilə onun vurduğu ziyanın və təhlükə altına saldığı insanların həyatının dəyəri müqayisə edilməli və düzgün qərar çıxarılmalıdır.
Şəffaflıq.az
Facebook-da paylaş