Moskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜR - VİDEO

 Moskvada xarici işlər nazirləri “Medvedev planı” üzərində müzakirələr aparıblar.
Şəffaflıq.az xəbər verir ki, bu iddia ilə erməni şərhçi Naira Ayrumyan çıxış edib.
Ayrumyan yazır ki, Rusiya “Medvedev planı”nı canlandıracaq: “Bu planın əsasını “Kazan düsturu” təşkil edir, lakin Moskva həm də münaqişə bölgəsində hərbi eskalasiyaya qarşıdır. 2016-cı ilin “aprel müharibəsi”ndən dərhal sonra - 7-8 aprel tarixində Rusiyanın baş naziri Dmitri Medvedev regiona səfər etdi. Medvedev bəyan etdi ki, “İki seçim var, birinci, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, ikinci eskalasiyaya imkan vermədən danışıqların aparılması. Mən ikincini seçərəm, nə də olsa qan tökülmür”. Medvedev həmçinin qeyd etdi ki, “Rusiya başqa regiona başqa ölkələrdən təchizatın gəlişinə qarşı Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək”. Medveden həmin səfəri Ermənistanda mənfi reaksiya doğurmuşdu, xüsusilə Azərbaycanla hərbi əməkdaşlığın davamı haqqında səsləndirdiyi bəyanatlar. İstisna edilmir ki, Moskva yenə “Medvedev planı”nı işə salır və nazirlərin görüşündə bu məsələ gündəmə gəlib”Publika.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}