Əsas Səhifə > Dünya > Yaponiyada yenidən rekord yoluxma qeydə alındı

Yaponiyada yenidən rekord yoluxma qeydə alındı


1-08-2020, 07:39

 

Yaponiyada artıq üçüncü gündür ki, son sutka ərzində koronavirusa rekord sayda - 1 579 yoluxma qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl, rekord yoluxma 1 301 nəfər olub.

Ölkədə koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir. Bu virusun yaradığı xəstəlik nəticəsində isə 1 024 nəfər həyatını itirib.

Daha 87 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir.

Eyni zamanda, qeyd edilir ki, üç prefekturada rekord sayda koronavirusa yeni yoluxma halı qeydə alınıb.

Geri qayıt