Əsas Səhifə > Dünya > Tanzaniyada 100 nəfərin olduğu qayıq aşdı, ölənlər var

Tanzaniyada 100 nəfərin olduğu qayıq aşdı, ölənlər var


31-07-2020, 22:20

 

Tanzaniyada Tanqanika gölündə içərisində 100-dək insan olan qayıq aşıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilir ki, nəticədə 10 nəfər ölüb. 87 nəfərin həyatını xilas etmək mümkün olub. Polisin məlumatına görə, ölənlərin sayı arta bilər. Belə ki, qayıqda qeydiyyatı aparılmayan sərnişinlər də olub.

Qayığın aşmasına qasırğa səbəb olub.

Geri qayıt