Əsas Səhifə > Dünya > Çində koronavirusa yoluxma yenidən artır

Çində koronavirusa yoluxma yenidən artır


29-07-2020, 09:02
 

Çində son sutka ərzində koronavirusa 74 aktiv, 27 simptomsuz yoluxma halı aşkarlanıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yoluxanların 98-i Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçi şəhərinin sakinləridir.

Ümumilikdə epidemiya dövründə Çində koronavirusa 84 060 yoluxma qeydə alınıb, 4 634 nəfər ölüb, 78 944 xəstə sağalıb.

Hazırda virusa yoluxmuş 482 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Geri qayıt