Əsas Səhifə > Dünya > İranda bir gündə koronavirusdan rekord ölüm

İranda bir gündə koronavirusdan rekord ölüm


28-07-2020, 23:24

 

İranda son 24 saat ərzində daha 235 nəfər COVID-19 yoluxucu xəstəliyi səbəbindən həyatını itirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Bildirilib ki, bu pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.

Ötən gün ərzində ölkədə daha 2 667 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 296 min 273-ə çatıb. Bu günə qədər ümumilikdə 16 min 147 nəfər xəstəlik səbəbindən həyatını itirib, 257 min 019 pasiyent isə müalicə olunaraq sağalıb.

Ölkədə 2 milyon 380 min 122 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub.

Geri qayıt