Əsas Səhifə > Dünya > Tvitter Trampın oğluna qadağa qoydu

Tvitter Trampın oğluna qadağa qoydu


28-07-2020, 23:22

 

Tvitter sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın oğlu Donald Conun öz mikrobloqunda paylaşım etməyi qadağan edib. 

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb onun COVID-19-la bağlı yalan informasiya yayması olub.

Daha əvvəl Donald Conun nümayəndəsi Tvitterdə bildirimişdi ki, sosial şəbəkə ABŞ Prezidentinin oğlunun hesabını həkimlərin hidroksixlorin haqda danışdığı videoya görə deaktiv edib.

Tvitter, öz növbəsində, bu paylaşıma cavab verərək bildirib ki, hesabın yalnız bəzi imkanlarına müvəqqəti – 12 saatlıq məhdudiyyət qoyulub.

Videolu paylaşım isə yalan məlumatı əks etdirdiyi üçün silinib.

Geri qayıt