Əsas Səhifə > Dünya > ÜST: Mövsüm koronavirusun ötürülməsinə təsir göstərmir

ÜST: Mövsüm koronavirusun ötürülməsinə təsir göstərmir


28-07-2020, 22:45

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris koronavirusun mövsümi xarakterinin hələ təsdiqlənmədiyini söyləyib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, o həm Şimal, həm də Cənub yarımkürəsində yerləşən ölkələrdə infeksiyanın yüksək sürətlə yayılmasının müşahidə olunduğunu qeyd edib.

“Görünür, mövsüm virusun ötürülməsinə təsir göstərmir”, - M.Harris Cenevrədə keçirilən brifinqdə deyib.

O vurğulayıb ki, COVID-19-un yayılmasına daha çox sosial məsafəyə riayət edilməməsi və insanların bir yerə toplaşması təsir edir.

M.Harris koronavirusun hazırkı fazasının ilk olaraq nəzərdən keçirilməli olduğunu, gələcəkdə isə gah artacaq, gah da azalacaq növbəti “böyük dalğa”nın olacağını söyləyib.

Geri qayıt