Əsas Səhifə > Dünya > Qırğızıstanda birgünlük matəm elan olunacaq

Qırğızıstanda birgünlük matəm elan olunacaq


25-07-2020, 20:02

 

Qırğızıstanda koronavirusdan ölənlərin xatirəsinə 30 iyul milli matəm günü elan olunacaq.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bildirib.

Onun sözlərinə görə, 30 iyul matəm günü elan olunsa da, iyulun 31-də ölkədə Qurban bayramı qeyd ediləcək.

Qeyd edək ki, Qırğızıstandan pandemiyanın başlanğıcından 1249 nəfər ölüb, 32 124 nəfər isə koronavirusa yoluxub. 19 min pasiyent Covid-19-a qalib gəlib.

Geri qayıt